AZE | RUS | ENG |

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2018-ci il aprelin 17-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6897
GBP 1 İngilis funt sterlinqi 2.3855
TRY 1 Türk lirəsi 0.4536
KWD 1 Küveyt dinarı 5.6784
SEK 1 İsveç kronu 0.2134
EUR 1 Avro 2.1108
CHF 1 İsveçrə frankı 1.8320
USD 1 ABŞ dolları 1.7001